İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.
***
09:25
Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir.
KONKRET.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.
