İranda 3 nəfər selin qurbanı oldubackend

İranda 3 nəfər selin qurbanı oldu

İranın cənub- şərqindəki Sistan-Bəluçistan əyalətində davam edən sel nəticəsində 3 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, sel fəlakəti 9 yanvardan etibarən davam edir. Fəlakət nəticəsində 400 kənd su altında qalıb.

20 mindən artıq ev sel nəticəsində yararsız hala düşüb. İnsanlar 7 gündür ki, evlərindən kənarda yaşayırlar.

Bölgədə yollar bağlı olduğundan helikopterlər vasitəsilə insanlara yardımlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*