İran hökuməti internetə çıxışı 23 yanvar cümə gününə qədər tam bərpa edə bilər.
KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə İranın elm və texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin bildirib.
“İnternet bu gün, sabah və ya həftənin sonuna (İran təqviminə görə 23 yanvar – red.) qədər bərpa edilə bilər”, – deyə Afşin söyləyib.
Qeyd edək ki, bir gün əvvəl İranda baş verən son etirazlar və iğtişaşlar səbəbindən bloklanan internetə çıxış İran paytaxtında bərpa edilib.
