İrandakı etirazlarda saxlanılaraq işgəncə verilən azərbaycanlı gənc sərbəst buraxıldıqdan sonra intihar edib.
KONKRET.az xəbər verir ki, İranın Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa sərbəst buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.
Azərbaycanlı gənc Yəlda Ağafəzlinin Qərçək zindanında saxlanıldığı zaman fiziki və psixi təzyiqlərə məruz qaldığı bildirilir.
Noyabrın 12-də dəfn mərasimi keçirilən azərbaycanlı gəncin ailəsinə təzyiq göstərildiyi, yas mərasiminin məhdud və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik məmurlarının nəzarəti altında keçirildiyi bildirilir.
Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
11 noyabrda intihar edən gəncin zindanda qarşılaşdığı davranış və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az
