General Qasım Süleymaninin qətlindən sonra İran qırmızı müharibə bayrağını Qum şəhərində yerləşən Cemkeran Məscidinin günbəzinə qaldırıb.
KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, qırmızı müharibə bayrağının qaldırılması bir ilkdir. Bayrağın vurulduğu məscidin Şiə inancı baxımından böyük əhəmiyyəti olduğu qeyd edilib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.
