İranın Xoy şəhərində dünən səhər saatlarında baş verən 5,6 bal gücündə zəlzələdə 1127 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına Təcili Yardım Agentliyinin sözçüsü Müctəba Xalidi deyib.
O bildirib ki, 116 yaralıdan 111-i Xoyda, 5-i Selmasda müalicə olunur. 71 nəfər əməliyyat olunub, 1 nəfər isə reanimasiyadadır.
