İrandan ABŞ-a sərt şərt: Hörmüz boğazı bu tələblər yerinə yetirilməyincə açılmayacaqbackend

İrandan ABŞ-a sərt şərt: Hörmüz boğazı bu tələblər yerinə yetirilməyincə açılmayacaq

İran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında bir sıra sərt tələblər irəli sürüb.

KONKRET.az xəbər verir ki,bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr Vaşinqtonun siyasətini dəyişməyənədək və Tehranın irəli sürdüyü şərtləri yerinə yetirməyənədək boğazın bağlı qalacağını bildirib

Zülqədrin açıqladığı şərtlərə ABŞ-ın İran ətrafındakı hərbi qüvvələrini geri çəkməsi, İrana qarşı tətbiq olunan sanksiyaları və dəniz blokadasını aradan qaldırması, ölkənin xaricdə dondurulmuş aktivlərini azad etməsi və müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya ödəməsi daxildir.

Bundan başqa, Tehran ABŞ-dan İran və onun regiondakı müttəfiqlərinə qarşı hərbi əməliyyatları dayandırmağı, həmçinin İrana qarşı təhdid və təhqirlərə son qoymağı tələb edir.

Qeyd edək ki, İran rəsmisinin açıqlaması Hörmüz boğazının açılması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda verilib. Eyni zamanda İran və Oman arasında boğazdan gəmiçilik üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə olunmasına yaxınlaşdığı bildirilir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*