İrandan İsrailə KİBERHÜCUM: Yüzlərlə yəhudi əsgərinin gizli və şəxsi məlumatları ələ keçirildibackend

İrandan İsrailə KİBERHÜCUM: Yüzlərlə yəhudi əsgərinin gizlişəxsi məlumatları ələ keçirildi

İran hakerləri İsrail ordusunun yüzlərlə əsgərinin gizli və şəxsi məlumatlarını yayıblar.

İsrail ordusunun yüzlərlə əsgərinin telefon nömrəsi, email adresi, şəxsi bilgiləri, habelə, psixoloji durumları və maliyyə vəziyyətləri yazılmış bilgilər hakerlər tərəfindən ələ keçirilib. İsrail mediasının yazdığına görə, bu məlumatlar iranlı hakerlər tərəfindən oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Vaynet” qəzeti məlumat yayıb.

“Moses Staff” adlı haker qrupu tərəfindən Beni Qantzın şəkli ilə bərabər təhdid dolu bir mesaj da nəşr edilib. Mesajda deyilir:

“Biz sizin aldığınız hər bir qərardan xəbərdarıq və elə o andaca sizə hücum edə bilərik. Biz İsrail Müdafiə Nazirliyinin gizli sənədlərini, o cümlədən hərbi əməliyyat xəritələrini və nizami bilgiləri əldə etmişik və sizin bu cinayət sənədlərinizi bütün dünyaya təqdim edəcəyik”.

Haker qrupunun İsrail əsgərlərinə aid bu məlumatları bəzi Telegram kanallarında və “Darnet”də yayınladığı deyilir.

Əsgərlərlə bağlı məlumatlarda onların hansı alaya aid olması, hərbi rütbəsi, vəzifəsi və yazışmaları yer alıb.

Habelə, hakerlər “biz sizin cinayətlərinizi açmağa davam edəcəyik, işinizin sonuna az qalıb” yazıblar.

Xatırladaq ki, bənzər hücum 2020-ci ildə Şirbit Sığorta Şirkətinə qarşı da olub. Bu hücumu İranın yanacaqdoldurma məntəqələrinə olan haker hücumunun əvəzi də hesab etmək olar.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*