İranın ali rəhbəri Putinə məktub göndərdibackend

İranın ali rəhbəri Putinə məktub göndərdi

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfərə gedib.

Bu barədə KONKRET.az “Tasnim” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, onun təyyarəsi Moskvadakı hava limanına eniş edib.

M.Qalibaf üçgünlük səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşəcək.

Bildirilib ki, spiker İranın ali rəhbəri ayətullah Əli Xameneinin məktubunu Rusiya prezidenti Vladmir Putinə təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*