İranın mənəvi lideri Ermənistan prezidentinə təşəkkür məktubu göndərdibackend

İranın mənəvi lideri Ermənistan prezidentinə təşəkkür məktubu göndərdi

İslam İnqilabının mənəvi lideri Seyid Əli Xamenei Novruz bayramı münasibətilə təbrik məktubuna cavab olaraq Ermənistan prezidenti Armen Sarkisyana təşəkkür məktubu göndərib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumt yayıb.

Məktubda deyilir: “Ümid edirəm ki, İran İslam Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətlər iki ölkə arasındakı çoxillik əlaqələri nəzərə alaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. Ümumi maraqların təmin edilməsi, regional və beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dünya ədalətinin bərqərar olması üçün mövcud potensialdan səmərəli istifadə ediləcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*