“İranın regional sabitliyə qarşı çıxması burada marağı olan dövlətlər tərəfindən diqqətə alınacaq” – ÖZƏLbackend

“İranın regional sabitliyə qarşı çıxması burada marağı olan dövlətlər tərəfindən diqqətə alınacaq” - ÖZƏL

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Vahid Cəlalzadənin “İran regionun sərhədlərini dəyişmək arzusunu kabusa çevirəcək” açıqlaması sərt reaksiyalarla qarşılanıb. Regionda güc və nüfuz sahibi olan Azərbaycanın kommunikasiyaların açılmasına, sülhün bərqərar olmasına çalışdığı bir vaxtda İran rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi rəsmi Tehranın məkrli niyyətlərindən geri çəkilmədiyini sübuta yetirir. Lakin rəsmi Bakı İrəvan qarşısında konkret məsələlər qoyub və öhdəliklərin yerinə yetirilməsi üçün bütün lazımı addımları atacaq. TEhrana isə ya bu prosesdə iştirak etmək yaxud da regional layihələrdən kənarda dayanmaq seçimi qalacaq.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı irəli sürülən təşəbbüslərdə İran tərəfi yer almamaqla və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin qurulmasını istəməməklə yalnız özünü pis vəziyyətdə qoyur: “İran sanki kommunikasiyaların açılmasını İrəvan-Tehran münasibətlərinin pozulması kimi qiymətləndirir. Bu düşüncə tamamilə yanlışdır. İran həm də regional sosial-iqtisadi rifaha xidmət edən “3+3” platformasında yer alır. Hətta bu platformanın Moskvada keçirilən görüşündə İranın nümayəndə heyəti də iştirak edib. Hazırkı durumda İranın Ermənistanı dəstəkləməsi və regional proseslərə qarşı çıxması böyük bir coğrafiyanı inkişafdan saxlayır. Bu gün dayanıqlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın qurulması ilə bağlı mühüm təşəbbüslər irəli sürülür. Rusiya və Avropa İttifaqı tərəfindən siyasi danışıqlar həyata keçirilir. Hətta son dövrlər ABŞ-ın regionda aktivləşməsi müşahidə olunur. Bütün bunların fonunda İranın regional sabitliyə qarşı çıxması burada maraqları olan dövlətlər tərəfindən diqqətə alınacaq”.

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial  xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

Politoloq əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüşlərdə İranın fəal iştirak etməsi və bu təşkilata tamhüquqlu üzv olması ilə bağlı sənədin imzalanması müəyyən məqamlardan xəbər verir: “Böyük bir coğrafiyada iqtisadi-siyasi nəqliyyat əlaqələri qurulur və İran burada yer almalıdır. İranın iqtisadi rifaha yönəlik proseslərdə iştirakı arzuolunandır. Düşünürəm ki, hadisələri səhv formada qəbul etmək və başqa bir çalar qatmaq yolverilməzdir. İranın həm Ali dini, həm də siyasi rəhbərliyi regionun inkişafına yönəlik praqmatik addımlar atacaq. Çünki region bütün dövlətlərin birgə əməkdaşlığı sayəsində dayanıqlı sülhə nail ola bilər. Sülhün və təhlükəsizliyin daha da gücləndirilməsi üçün stimmullaşdırıcı elementlərdən ən birincisi isə dəmiryol və avtomobil əlaqələrinin qurulmasıdır. Zəngəzur dəhlizi də bu xüsusda diqqət çəkir. Eyni zamanda İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyanata imza atıb. Yüklərin və sərnişinlərin maneəsiz hərəkətini Ermənistan təmin etməlidir və bu, artıq rəsmi İrəvanın öhdəliyidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*