İranla müharibə üçün zəmin yarandı – ABŞ öz reputasiyasını qorumağa MƏCBURDUR – ƏTRAFLIbackend

İranla müharibə üçün zəmin yarandı - ABŞ öz reputasiyasını qorumağa MƏCBURDUR - ƏTRAFLI

İran hakimiyyəti etirazların bütün ölkəyə yayılmasını gözləmirdi. Bu mənada artıq ölkəyə tam nəzarət itirilib. ABŞ və Yaxın Şərqdəki tərəfdarlarından ilhamlanan etirazçılara qarşı silahdan istifadə edilir. Üsyanların güc yolu ilə bastırılması dəhşətli zorakılıqla müşahidə olunur. İran İnqilabı Keçikçiləri Korpusumum hərbçiləri və dəstələri Bukan, Cavanrud, Mehabad, Piranşəhr şəhərlərinə daxil olublar. Silahlı iğtişaşların yatırılması zamanı avtomat silahlardan istifadə edilir. İnternet də daxil olmaqla bütün rabitə növləri dondurulub. Qonşu İraq hökumətinə birmənalı olmayan siqnallar göndərilib ki, hökumət kürdləri sakitləşdirə bilməsə, İran bunu İraq ərazisində və hökumətinin razılığı olmadan edəcək.

ABŞ-ın İraq Kürdüstanından çıxdığını çoxdan elan etməsinə baxmayaraq, oradakı təsiri göz qabağındadır. Eləcə də kürd qruplaşmalarının maliyyələşdirilməsi və silahlandırılmasını ABŞ xüsusi xidmət orqanları həyata keçirir. Bundan başqa, ABŞ müşavirləri kürd qruplarının köməyi ilə kölgə biznesi qurublar ki, onlar sadəcə mövcudluğu ilə İran sərhədləri boyunca “boz zona” yaradırlar.

İranın İraq kürdlərini sakitləşdirmək üçün bütün mümkün qüvvələrdın istifadə olunmaqla kürd birləşmələrinin yerləşdiyi yerlərə güclü dəqiq zərbələri endirir.  Belə ki, Rəsmi Tehranın qərarı ilə Şimali İraqda kürdlərə qarşı iri pilotsuz təyyarə və qısa mənzilli ballistik raket hücumları baş verir. Bu isə ABŞ-ın reputasiyasına və onun kürd müttəfiqlərini qorumaq qabiliyyətinə ağər zərbədir. İranı məhv etmək üçün artıq ciddi bəhanələr yaranıb. Yeri gəlmişkən, İranın Rusiya ilə yaxınlaşması və Şimal-Cənub dəhlizinin açılması da ABŞ-ın qəzəbinə tuş gəılib. Çünki ABŞ üçün bu, öldürücü bir layihədir.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bildirib ki, nüvə sazişinin bərpası üzrə danışıqlar nəticə verməsə, Vaşinqton İrana qarşı hərbi güc tətbiq etməyi nəzərdən keçirəcək. Onun sözlərinə görə, “bu, İranda nüvə başlığının yaranmasının qarşısını almaq üçün tələb olunacaq”.

Qeyd edək ki, ABŞ-ın planı iki hissədən ibarətdir. Birinci hissə xarici konturda müharibəyə yaxın vəziyyətin yaradılması, planın ikinci hissəsi ölkə daxilində vəziyyətin qurulmasıdır.

Burada vurğulamaq lazımdır ki, ABŞ-ın İrana qarşı açıq şəkildə mövqeyi bir çox İslam ölkəsinin İslam Respublikasına münasibətini kəskinləşdirəcək. Hazırda İran İraqla və Səudiyyə Ərəbistanı ilə də hərbi qarşıdurma vəziyyətindədir. O zaman təcavüzkarın qarşısını almaq üçün koalisiyanın yaradılmasını da yaxın müddətdə görmək mümkündür.

“Tehran Maydanı” hakim rejimi devirməsə də, ölkədə onsuz da ağır olan iqtisadi vəziyyəti ciddi şəkildə sarsıdıb və onun ucqarlarında etiraz fəallığı idarəolunmaz partlayışa səbəb olub.

Əgər Vaşinqton öz planını həyata keçirə bilsə və amerikalılar sistemli hərəkət etsələr, bu, təkcə İranın özünə deyil, Rusiya və Çinə də ciddi zərbə olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*