İrəliləmək üçün konkret tədbirlər planımız var – İlham Əliyevbackend

İrəliləmək üçün konkret tədbirlər planımız var - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin xüsusi rolunu qeyd edib.

KONKRET.az xəbər verir ki, İlham Əliyev bunu Şövkət Mirziyoyevlə birgə mətbuata bəyanatında bildirib.

“Bir daha Prezident Şövkət Mirziyiyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: 960 şagird yerlik məktəbin tikintisi, ilk iri sənaye müəssisəsi olan tikiş istehsalına investisiya – bunların hamısı yenə Özbəkistanla bağlıdır. Qarabağ regionunda və bir çox digər bölgələrdə qarşılıqlı fəaliyyət üzrə gələcək planlarımız da var”, – dövlət başçısı bildirib.

Azərbaycan liderinin sözlərinə görə, bu gün açılışı və ya təməlqoyma mərasimi keçirilən layihələr arasında yalnız Bakı və Daşkənddə deyil, digər regionlarda həyata keçirilən təşəbbüslərin də təmsil olunması diqqətəlayiqdir.

“Dünən keçirilmiş regionlararası əməkdaşlıq forumu da böyük praktiki maraq doğurur. Deməli, biz səylərimizi birləşdirir, hazırda deyildiyi kimi, sinerji yaradırıq. İrəliləmək üçün konkret tədbirlər planımız var və hər bir layihə konkret məzmunla təmin olunub”, – İlham Əliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*