backend

İrəvan bu yoldan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.

Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi Yerevan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.

Xatırladaq ki, bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər./yenisabah.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*