İrəvan müharibədə bu üstünlüyünə güvənirdi – De Vaalbackend

İrəvan müharibədə bu üstünlüyünə güvənirdi – De Vaal

Rusiya uzun müddət Ermənistanın müttəfiqi sayılsa da, Qarabağ məsələsində Bakı ilə möhkəm münasibətlər qurmağı bacardı. Bu o deməkdir ki, Kreml postsovet məkanındakı digər münaqişələrdən fərqli olaraq burada daha balanslı bir mövqe tutdu.

KONKRET.az  xəbər verir ki, bu sözləri məşhur ingilis jurnalist Tomas de Vaal erməni mediasına müsahibəsində söyləyib.

“Hazırda ermənilər döyüş meydanındakı məğlubiyyətin günahkarlarını tapmaq istəyirlər. Onlara azərbaycanlılara məğlub olduqlarını etiraf etmək çətindir”, – Tomas de Vaal Azərbaycan tərəfində döyüşdüyü iddia edilən bəzi terrorçularla bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha yüksək idi. Bakı bu müharibəyə hazırlaşırdı və fərq hiss olunurdu:

“Erməni komandanlığı müdafiə strukturlarına güvənirdi. Lakin Azərbaycanın istifadə etdiyi texnika göstərdi ki, bu cür qarşıdurmalarda bu strukturlar təsirsizdir və köhnəlib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*