İrəvanda azyaşlı bir uşaq axtarışda olan cinayətkar tərəfindən girov götürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, polisə təslim olmaqdan imtina edən cinayətkar azyaşlı bir uşağı girov götürərək cinayət məsuliyyətindən yayınmağa çalışıb.
Cinayətkar əvvəlcə polisin təslim olmaq tələbinə məhəl qoymayıb. Danışıqlar təxminən beş saat davam edib və nəhayət həmin şəxs təslim olub.
Uşağın vəziyyəti barədə məlumat verilməyib.
