Yerevanda Azadlıq meydanında “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.
KONKRET.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Xatırladaq ki, ötən gün “Vətənin qurtuluşu hərəkatının” lideri, Ermənistanın Baş naziri postuna müxalifətin vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə mitinqə çıxmaları ilə bağlı müraciət etmişdi.
