İrəvanın mərkəzində ermənilərlə azərbaycanlılar arasında kütləvi davabackend

İrəvanın mərkəzində ermənilərlə azərbaycanlılar arasında kütləvi dava

Dünən Ermənistanın paytaxtı İrəvan şəhərində yerli ermənilərlə azərbaycanlılar arasında kütləvi dava olub.

KONKRET.az xəbər verir ki, dava İrəvandakı kafelərdən birində baş verib.

Belə ki, Güney Azərbaycandan bir qrup soyudaşımız turist kimi Ermənistana səfər ediblər. Onlar şəhərin mərkəzindəki kafelərdən birində yemək yeyərkən, oradakı ermənilərin hücumuna məruz qalıblar. Səbəb isə güneyli soydaşlarımızın aralarında ana dilimizdə danışması və bunun isə ermənilərin xoşuna gəlməməsi olub.

Kütləvi davada yaralananların olduğu, onların xəstəxanaya çatdırıldığı bildirilir. İnsident polisin müdaxiləsindən sonra yatırılıb və saxlanılanlar var.

Hazırda İrəvan polisində hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu ermənilərin azərbaycanlılara ilk hücumu deyil. Bundan bir neçə həftə öncə də, ermənilər Meğri gömrüyündə Güney Azərbaycandan olan TIR sürücülərindən birini öldürüb, digərini isə yaralamışdılar.(tribunainfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*