İşğaldan azad edilən kəndlərimizin ADLARI – RƏSMİbackend

İşğaldan azad edilən kəndlərimizin ADLARI - RƏSMİ

Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

KONKRET.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Şərvənj, Nüzgar kəndləri işğaldan azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*