İşğaldan azad edilmiş ərazilərdə 2500-ə yaxın şəxsin məşğulluğu təmin edilibbackend

İşğaldan azad edilmiş ərazilərdə 2500-ə yaxın şəxsin məşğulluğu təmin edilib

“İndiyədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılan şəxslərin 2500-ə yaxını məşğulluqla təmin edilib”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin rəhbəri Mais Musayev deyib.

O qeyd edib ki, Məşğulluq Agentliyinin təqdim etdiyi vakansiyalar üzrə 1800-dən artıq şəxs işlə təmin olunub. M.Musayevin sözlərinə görə, özünüməşğulluq proqramına 110 nəfər, peşə hazırlığına 100-ə yaxın şəxs, birgə maliyyələşmə üzrə reyestrə 14 nəfər cəlb olunub. Departament rəhbəri bildirib ki, 800-ə yaxın şəxslə məşğulluğa cəlb olunmaq üçün iş aparılır.

Laçın üzrə məşğulluq göstəricilərinə gəlincə, M.Musayev vurğulayıb ki, Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib.

“Burada 31 nəfər özünüməşğulluq proqramına, 34 nəfər isə peşə hazırlığına cəlb edilib. Laçında iki dəfə əmək, bir dəfə isə peşə yarmarkası keçirilib. Yarmarkalarda 44 müəssisə iştirak edib və 500-ə yaxın vakansiya təqdim edilib. Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur”, – o əlavə edib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*