İşğaldan azad olunan yalnız bu üç rayon “özünü dolandıra” biləcək: Bəs digər rayonlar? – Deputat AÇIQLADIbackend

İşğaldan azad olunan yalnız bu üç rayon “özünü dolandıra” biləcək: Bəs digər rayonlar? – Deputat AÇIQLADI

“2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il büdcədən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, layihəyə əsasən Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) rayonları vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq: “Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunan şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.

Vüqar Bayramov: "Dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertlərinin cəlb olunması mövqeyimizi gücləndirər"

Millət vəkilinin sözlərinə görə, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu, dövlət büdcəsindən asıllığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*