“İslami-Cihad”ın baş təbliğatçısı öldürüldübackend

“İslami-Cihad”ın baş təbliğatçısı öldürüldü

“Fələstinin “İslami-Cihad” qruplaşmasının psixoloji müharibə üzrə müavini vəzifəsində çalışan Vael Əbu Fənunə öldürüldü.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İslami-Cihad”ın yüksək səviyyəli xadimi Vael Əbu Fanuna Hərbi Hava Qüvvələrinin dəqiq aviazərbəsi nəticəsində öldürülüb”, – məlumatda deyilir.

“Əbu Fanuna “İslami-Cihad” üçün psixoloji müharibə əməliyyatları üzrə direktor müavini olub və terror təşkilatında bir sıra vəzifələrdə, o cümlədən Qəzza zolağının şimalında komandan Xəlil Bəxtininin köməkçisi vəzifəsində çalışıb”, – İsrail ordusu bildirib.

Mətbuat xidməti əlavə edib ki, “Əbu Fənunə “İslami- Cihad”ın İsrailə raket hücumları ilə bağlı videoçarxların dərcinə, həmçinin Qəzza zolağında israilli girovlar haqqında sənədlərin yayılmasına görə məsuliyyət daşıyırdı”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*