İsrail azad ediləcək girovların siyahısını almayıbbackend

İsrail azad ediləcək girovların siyahısını almayıb

İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad edilə biləcək girovların siyahısını hələ əldə etməyib, yeni sazişdən danışmaq tezdir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

“Əsir və girovların geri qaytarmaq üçün böyük səylər göstəririk, bu müqəddəs iş və məqsəddir. Biz bunu gecə-gündüz edirik. Bu suala hələ cavab almamışam, sövdələşmə çərçivəsində azad olunacaq bütün oğurlanmış şəxslərin adlarının əvvəlcədən bilinməsini tələb edirəm.

İstəyimizə baxmayaraq, yaxın günlərdə oğurlananların azadlığa buraxılması ilə bağlı yeni razılığa gəlib-gəlməyəcəyimizi söyləmək hələ tezdir. Biz HƏMAS-ın çılğın tələblərinə boyun əyməyəcəyik, bunu etməyəcəyik, çünki bu baş verərsə, biz burada olmayacağıq”, – deyə o bildirib.

Netanyahu, Qəzza zolağında saxlanılan bütün girovların son nəticədə azad edilməsi üçün fələstinli radikallara qarşı hərbi təzyiqi davam etdirməyi vacib hesab etdiyini vurğulayıb.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*