İsrail Müdafiə Qüvvələri Beyrutun cənubunda çoxmərtəbəli binalarda yerləşən onlarla hədəfə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, zərbələr “Hizbullah” tərəfindən istifadə olunduğu bildirilən obyektlərə yönəldilib.
Vurulan hədəflər arasında təşkilatın İcraiyyə Şurasının qərargahı, əməliyyat mərkəzləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar da var.
Ordunun açıqlamasında qeyd olunur ki, bu əməliyyat mərkəzlərinin “Hizbullah” tərəfindən İsrail ordusunun bölmələrinə və İsrail dövlətinə qarşı müxtəlif terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulurdu.
Əməliyyata başlamazdan əvvəl İsrail ordusu şəhərin cənubundakı, “Hizbullah” qüvvələrinin möhkəmləndiyi Dahiya bölgəsində yerləşən dörd əsas məhəllənin sakinlərinə evakuasiya xəbərdarlığı edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
