Haaretz nəşrinin Citizen Lab təşkilatına istinadən yazdığına görə, İsrail İrana qarşı internet üzərindən gizli təsir kampaniyası həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, kampaniya çərçivəsində saxta hesablar və süni intellektlə yaradılmış məzmundan istifadə olunaraq Rza Pəhləvi təşviq edilib və monarxiyanın bərpası çağırışları gücləndirilib.
Məlumata görə, əməliyyat zamanı saxta avatarlar, deepfake üslublu videolar və koordinasiyalı heşteqlər tətbiq edilib. Bu fəaliyyətlər İsrailin 2025-ci ildəki hərbi əməliyyatları ilə paralel aparılaraq, İran daxilində guya geniş ictimai dəstək mövcuddur görüntüsü yaratmağa xidmət edib.
Araşdırmada vurğulanır ki, məqsəd ictimai rəyə təsir göstərmək və İran cəmiyyətində daxili parçalanmanı dərinləşdirmək olub.
Natiq Səlim,
KONKRET.az
