İsrail Norveç və İrlandiyadakı səfirlərini GERİ ÇAĞIRDIbackend

İsrail Norveç və İrlandiyadakı səfirlərini GERİ ÇAĞIRDI

İsrailin xarici siyasət idarəsi ölkənin İrlandiya və Norveçdəki səfirlərini geri çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xarici işlər naziri İsrael Kats bu qərarın diplomatlarla məsləhətləşmək üçün verildiyini açıqlayıb. Bu addım Norveç və İrlandiyanın Fələstini suveren dövlət kimi tanımasından sonra atılıb.

“Mən İrlandiya və Norveçə açıq bir mesaj göndərirəm. İsrail baş verənlərə sakit yanaşmayacaq”, – deyə Kats əlavə edib.

Onun sözlərinə görə, bənzər qərar İspaniya barədə də qəbul edilə bilər. Bu, artıq ispanların İrlandiya və Norveçdən “nümunə alacağı” təqdirdə baş verə bilər.

Qeyd edək ki, bu gün Norveç, İrlandiya və İspaniya rəsmiləri ölkələrinin Pələstin dövlətini tanıdıqlarını bəyan ediblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*