İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında radikal HƏMAS hərəkatının silahlı qanadının yüksəkrütbəli komandiri, fövqəladə hallar komissiyasına rəhbərlik edən və Deyr əl-Bələh şəhərinin meri İmad Caronun məhv edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ordunun mətbuat xidməti bildirib ki, Caro “HƏMAS hökumətinin Deyr əl-Bələh bölgəsindəki fəaliyyətlərində fəal iştirak edib” və “HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb”.
O, həmçinin Qəzzada “HƏMAS-ın mərkəzi düşərgələrdəki siyasi fəaliyyətinə cavabdeh olub”.
KONKRET.az