Türkiyəli məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində həbsinə qərar verilən türkiyəli aktrisa Afra Saraçoğlu ölkəyə qayıdarkən hava limanında saxlanılıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aktrisa barəsində həbs qərarı çıxarılıb.
O, Türkiyəyə qayıdaraq ifadə vermək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Məlumata görə, xaricdən Türkiyəyə qayıdan aktrisa hava limanında saxlanılıb.
Saraçoğlunun istintaq çərçivəsində ifadəsinin alınması gözlənilir.
