İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumda qurbanların sayı durmadan artır.
KONKRET.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada hücum nəticəsində həyatını itirənlərin sayının 10-a, yaralı sayının isə 55-ə yüksəldiyi bildirilib.
17:56
İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı hədəflərə zərbələr endirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb:
“Hazırda İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hücum edir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”.
Bildirilir ki, Qəzza şəhərində hündürmərtəbəli binada partlayış baş verib.
Qeyd edək ki, avqustun 2-də İsrail Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini bağlayıb.
İqbal Rzayev,
KONKRET.az