“Lazım gələrsə “Divarların Mühafizəsi Əməliyyatı”nın ikincisinə və ya hər hansı digər fəaliyyətlərə hazırıq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Yediot Ahronot” qəzetinə ordu sözçüsü Ran Koçav bildirib.
Koçav, “Qəzzanı, Livanı, Suriyanı və hətta Sinayı da müşahidə edirik. Mümkün səfərbərliyə cavab verməyə hazırıq. Hava hücumundan müdafiə batareyalarımızı yerləşdirmişik”- deyə əlavə edib.
Xatırladaq ki, 22-29 mart tarixləri arasında İsrailin müxtəlif şəhərlərində baş verən hücumlarda ümumilikdə 11 israilli həyatını itirib.
Qeyd edək ki, 1995-ci ildə Fələstin və İsrail arasında imzalanan “İkinci Oslo Razılaşması” çərçivəsində İordan çayının qərb sahili; A, B və C zonalarına bölündü. “Bölgə”nin 18 faizinin idarəçiliyi Fələstinədir. “B sahəsi”nin 21 faizinin inzibati idarəsi Fələstinə, “təhlükəsizliyi” isə İsrailə, 61 faizini təşkil edən “C sahəsi”nin isə “inzibati idarəetmə və təhlükəsizliyi” İsrailə həvalə edilib.
İqbal Rzayev,
KONKRET.az
