Hindistan İsrail silahlarının əsas alıcısına çevrilir.
KONKRET.az xəbər verir ki, “The Jerusalem Post”un yazdığına görə, iki ölkə müdafiə sahəsində əməkdaşlığın yeni sahələrini müəyyən etmək üçün 10 illik əməkdaşlıq planı hazırlayacaq işçi qrupu yaratmaq barədə razılığa gəlib.
Son bir neçə il ərzində İsrail Hindistanı müxtəlif silah sistemləri, raketlər və pilotsuz uçuş aparatları ilə təchiz edib ki, bu da Hindistanı İsrailin hərbi texnikasının ən böyük alıcılarından birinə çevirib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında qeyd olunub ki, İsrail dövləti dünyanın səkkizinci ən böyük silah tədarükçüsü olub.
Hesabata görə, İsrail silahlarının ən böyük üç alıcısı Hindistan (ümumi 45%), Azərbaycan (17%) və Vyetnamdır (8,5%).
