İsraildən İrana xəbərdarlıq: Dəhşətli zərbələr olacaqbackend

İsraildən İrana xəbərdarlıq: Dəhşətli zərbələr olacaq 

İranı İsrailə hücumun acı nəticələri gözləyir, onların miqyası zərərdən asılı olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus bildirib.

“Onlar (iranlılar – red.) hücumun nəticələri ilə qarşılaşacaqlar ki, bu da İsrailə nə qədər ziyan vurulacağından asılı olacaq”, – C.Konrikus deyib.

Konrikus ABŞ-nin İranın bəzi dronlarını ələ keçirdiyini də təsdiqləyib.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*