Rusiya hərbçiləri bu gecə Ukraynanın Xmelnitski vilayətindəki sənaye obyektlərinə üç raket zərbəsi endiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə Xmelnitski şəhərinin meri Aleksandr Simçişin və Xmelnitski Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qamali məlumat yayıb.
Zərbələrdən biri rayon mərkəzindəki obyektə dəyib. Məlumata görə, raket zərbələri nəticəsində yanğınlar baş verib. Zərəçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, ötən gün Rusiya-Ukrayna nümayəndə heyətinin İstanbulda görüşü keçirilib. Görüşdə müəyyən razılıqlar əldə olunub. Rusiya Kiyev və Çerniqovdan qoşunlarının bir hisəsini çıxarıb. Lakin Vladimir Putinin köməkçisi və Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bunun atəşkəs demək olmadığını bildirib.
Vəsilə İbrahim,
KONKRET.az
