İstanbuldakı atışma Lotu Quli və Lənkəranskinin adamları arasında olub – ANBAAN VİDEOLAR – YENİLƏNİBbackend

İstanbuldakı atışma Lotu Quli və Lənkəranskinin adamları arasında olub - ANBAAN VİDEOLAR - YENİLƏNİB

Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, Xarkov Fuad ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Naxçıvanlı Baba peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.

 

***

10:30
Ötən gün axşam saatlarında İstanbulun Başakşehir rayonunda, küçənin ortasında iki silahlı qrup arasında atışma olub.

KONKRET.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atışmada 3 nəfər öldürülüb, bir nəfər suriyalı yaralanıb. Ölənlərdən birinin azərbaycanlı olduğu bildirilib.

Hamısı xarici vətəndaşlar olan 6 nəfər arasında əvvəlcə sözlü mübahisə olub, daha sonra silahlar işə düşüb. Atışma zamanı Rusiya vətəndaşı olan iki çeçen-Z.N. və K.Y. aldıqları güllə yaralarından hadisə yerində ölüblər. Azərbaycan vətəndaşı R.R. isə yaralı halda xəstəxanaya çatdırılıb, amma orada keçinib. Bir suriyalının da ağır yaralandığı, reanimasiyada olduğu bildirilir.

Atışmanın pul məsələsinə görə baş verdiyi qeyd olunub. Atışma zamanı yaralanan suriyalının yanında olan 3 Gürcüstan vətəndaşının qaçdığı məlum olub. Polis hər yerdə onları axtarır. Polis öldürülən 2 çeçenlə eyni qrupda olan və hadisə yerindən qaçmağa imkan tapmayan 3 şübhəlini saxlayıb. Hadisə insanların gediş-gəlişinin sıx olduğu yerdə baş verib, bəziləri mobil telefonlarla baş verənləri çəkiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*