“İsveçrə mənə sığınacaq versin” – Qatardakı sərnişinləri girov götürən iranlı ÖLDÜRÜLDÜbackend

“İsveçrə mənə sığınacaq versin” – Qatardakı sərnişinləri girov götürən iranlı ÖLDÜRÜLDÜ

Qaçqın kimi yaşadığı İsveçrədə qatara balta ilə hücum edən iranlı 15 sərnişini dörd saat girov saxlayıb.

KONKRET.az-ın məlumatına görə, məcburiyyət qarşısında qalan İsveçrə polisi iranlını öldürüb.

Euronews-un məlumatına görə, qatara daxil olaraq 15 sərnişini təhdid edən 32 yaşlı iranlı İsveçrə hökumətindən sığınacaq tələb edib. Onunla danışıqlar 4 saat davam edib. Tərcüməçi vasitəsilə aparılan danışıqların nəticə vermədiyini görən asayiş keşikçiləri sonra təcavüzkarı öldürüb.

Əməliyyat zamanı sərnişinlərdən xəsarət alan olmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*