İşxan Saqatelyan: “Paşinyan özü deyirdi ki, Putin onun dostudur. Gedin münasibətləri nizama salın”backend

İşxan Saqatelyan: “Paşinyan özü deyirdi ki, Putin onun dostudur. Gedin münasibətləri nizama salın”

Ermənistan parlamentində müxalifətin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan hakimiyyəti Rusiya ilə münasibətlərin pisləşməsinə görə tənqid edib.

KONKRET.az xəbər verir ki, Saqatelyan parlamentin sədri Ruben Rubinyanın Rusiyanın Ermənistanın dövlətçiliyi üçün təhlükə olub-olmaması ilə bağlı sualına cavab verib.

O bildirib ki, Rusiyaya mal tədarükünə tətbiq edilən məhdudiyyətlərin siyasi qərar olub-olmadığını məhz hakimiyyət nümayəndələri izah etməlidirlər.

“Rusiyanın prezidentini mən yaxından görməmişəm, siz görmüsünüz. Nikol Paşinyan özü deyirdi ki, Vladimir Putin onun dostudur. Deməli, gedin və bu münasibətləri nizama salın. Bu böhranı siz yaratmısınız, əvəzini isə Ermənistan vətəndaşları ödəyir”, – deyə Saqatelyan hakimiyyət nümayəndələrinə müraciət edib.

Qeyd edək ki, bundan əvvəl parlamentin sədri Ruben Rubinyan müxalif deputat Kristine Vardanyandan Rusiyanın Ermənistanın dövlətçiliyi üçün təhlükə hesab olunub-olunmadığını soruşmuşdu.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*