İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağaldıbackend

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağaldı

İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.

Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.

Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.

Apa.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*