İtkin düşən gəncin meyiti tapıldı – VİDEObackend

İtkin düşən gəncin meyiti tapıldı - VİDEO

Dünən İsmayıllı rayon Kürdmaşı kənd sakini 26 yaşlı Qasımov Əli Elman oğlu itkin düşüb.

KONKRET.az-ın məlumatına görə, o, saat 17:00 radələrində yaşadığı kənddən bir neçə km aralıda olan gölə gedib.

İlkin məlumata görə, Ə. Qasımov çimmək üçün gölə girib, sonra ondan xəbər olmayıb.

Baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*