İtkin düşən hərbçimizin şəhid xəbəri gəldi – FOTObackend

İtkin düşən hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

KONKRET.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlu sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müddətdən Artıq Hərbi Xidmət edən qulluqçu (MAXE) olan P.Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Şəhid hərbçimiz subay olub.

Allah rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*