İtkin düşən hərbçimizin şəhid xəbəri gəldi – FOTObackend

İtkin düşən hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

KONKRET.az xəbər verir ki, 8 aydır itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi sabah – aprelin 30-da Naxçıvan Muxtar Respubpublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində anadan olan Ə.Yusifov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!

Bir 1 nəfər və military uniform şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*