İxracda pambıq birinci, qızıl ikinci, pomidor üçüncüdür – VİDEObackend

İxracda pambıq birinci, qızıl ikinci, pomidor üçüncüdür - VİDEO

Ötən il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

KONKRET.az xəbər verir ki, 2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı birinci olub – 208 milyon ABŞ dolları.

Bu siyahıda qızıl ikinci – 202,5 milyon ABŞ dolları, pomidor  isə üçüncü yerdə qərarlaşıb – 160,2 milyon ABŞ dolları.

Qeyd edək ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin yanvar sayının təqdimatı mərasimində məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*