İxtisas seçiminin başa çatmasına saatlar qaldı – DİM-dən xəbərdarlıqbackend

İxtisas seçiminin başa çatmasına saatlar qaldı - DİM-dən xəbərdarlıq

Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi çərçivəsində 84 487 abituriyent və subbakalavr elektron ərizəsini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu göstərici avqustun 19-u saat 17:35-ə olan vəziyyəti əks etdirir.

Bununla yanaşı, 1500-dən çox abituriyent ixtisas seçimi edərək ərizəsini yadda saxlasa da, hələ təsdiqləməyib. Həmin şəxslərin “Şəxsi kabinet”lərində göstərilən mobil telefon nömrələrinə SMS xəbərdarlıq göndərilib.

DİM xatırladıb ki, ali təhsil müəssisələrinə qəbul müsabiqəsinə yalnız elektron ərizəsini təsdiqləyən şəxslər buraxılır.

İxtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Abituriyentlər həmin vaxtadək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiqləməlidirlər.

Mərkəz bildirib ki, müəyyən edilmiş müddət başa çatdıqdan sonra bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq. Abituriyentlərə elektron ixtisas seçimi ərizəsinə yenidən daxil olaraq onun təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaq tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*