İxtisas üzrə elmi şuranın iclası keçirildi – FOTOLARbackend

İxtisas üzrə elmi şuranın iclası keçirildi - FOTOLAR

2020-ci il 07 fevral tarixində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqləndirmə Şurası “Arxeologiya, Etnoqrafiya və Antropologiya İxtisasları üzrə Elmi Şurası”nın ilk iclası keçirilib.

KONKRET.az xəbər verir ki, giriş sözü ilə çıxış edən Şuranın sədri t.e.d., professor Nəcəf Müseyibli iclası açaraq Şura üzvlərinə yeni yaradılmış bu qurumun Əsasnaməsi, hüquqları, vəzifələri və gələcək fəaliyyətinin istiqamətləri barədə məlumat verib.

Şuranın sədri N.Müseyibli Şura üzvlərinə xatırladıb ki, 2019-cu il 25 sentyabr tarixində AMEA RH-nin qərarı ilə ixtisaslar üzrə elmi şuralar, o cümlədən, Arxeologiya, Etnoqrafiya və Antropologiya İxtisasları üzrə Elmi Şuranın tərkibi təsdiq olunub.

Professor N.Müseyibli Şuranın Əsasnaməsində əks olunmuş müddəaları iclas iştirakçılarına xatırladaraq bildirdi ki, qurum, daxil olan dissertasiya mövzularının və adlarının elmi tutumluluğunu və ixtisasa uyğunluğunu müzakirə edir, müzakirə əsnasında müsbət dəyərləndirilmiş mövzunun təsdiq olunması barədə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına müraciət edir.

İclasda beş dissertasiya mövzusu geniş müzakirə edildi, onlardan üç dissertasiya mövzusunun təsdiq olunması haqqında Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasına müraciət edilməsi barədə qərar qəbul edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*