Jozep Borrel: “Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək”backend

Jozep Borrel: "Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək"

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Noyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasının əhatəli sülh sazişi istiqamətində ilk addım olacağına çox ümidvarıq”.

KONKRET.az  xəbər verir ki, bunu ATƏT-ın Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən 27-ci iclasında Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti yüksək nümayəndəsi Jozep Borrel bildirib.

“Aİ bu münaqişənin həlli üçün artıq yaradılmış ATƏT-in Minsk qrupu formatına dəstəyini bildirir. Biz Aİ olaraq bütün Cənubi Qafqazı sabitliyi, rifahı naminə bu səylərə, razılaşma müddəalarının yerinə yetirilməsinə dəstək verməyə hazırıq”, – Aİ rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*