Kaçinski ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə ÇAĞIRDIbackend

Kaçinski ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə ÇAĞIRDI

Polşanın hakim Hüquq və Ədalət partiyasının rəhbəri Yaroslav Kaçinski əmindir ki , ABŞ Polşa ərazisində nüvə silahı yerləşdirməlidir. 

KONKRET.az xəbər verir ki, partiya rəhbəri bildirib ki, belə bir qərar qəbul olunarsa, o, tərəfdarıdır.

“Artıq danışıqlar zamanı bu məsələ qaldırılıb. Hətta biz müxalifətdə olanda da ABŞ senatorları qarşısında bu məsələni qaldırmışdıq. Mən bu yaxınlarda bu məsələni qaldırdım. Sonra cavab dolayı oldu və müsbət olmadı”, – Kaçinski bildirib.

Hüquq və Ədalət liderinin izah etdiyi kimi, söhbət Varşavanın ABŞ nüvə silahlarının bir hissəsinin Avropada yerləşdiyi Nüvə mübadiləsi proqramı ilə mümkün əlaqəsindən gedir. O, bir sıra Avropa dövlətlərinin artıq bu layihədən istifadə etdiyini də vurğulayıb.

Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski bir müddət əvvəl Qərbin Ukraynaya nüvə silahı verə biləcəyini söyləmişdi .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*