“Kadırovçular”ın özbaşınalığı bütün sərhədləri aşır” – Rusiya mediasıbackend

"Kadırovçular"ın özbaşınalığı bütün sərhədləri aşır" - Rusiya mediası

“Kadırovçular”ın özbaşınalığı bütün sərhədləri aşır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya mediası yazıb.

Belə ki, Simferopolda Kadırovun qardaşı oğlu Xasan İbrahimov və Çeçenistandan olan bir neçə təhlükəsizlik işçisi yerli sakin olan gənci döyüb., Həmçinin yanındakı qızı şillə ilə vurması hadisəsi bir anda bütün sosial şəbəkəyə yayılıb.

İnsanlar asayiş keşikçilərindən çevik reaksiya gözləyirdilər, lakin bu, baş verməyib.

Müstəntiqlər oğlanın restoranda döyülməsində və polisin hücumununda cinayət tərkibi kimi görməyiblər. Nəticədə hamı sərbəst buraxılıb.

Media qeyd edir ki, bu, Kadırovun adamlarının özlərini nalayiq apardıqları ilk məsələ deyil.

Ötən il aprelin sonunda Xerson vilayətində “kadırovçular” ilə buryatlar arasında atışma olub. Sentyabr ayında “kadırovçular”, “vaqnerçilər” və Rusiya ordusu arasında yenidən regional mərkəzdə atışma baş verib.

“Çeçen döyüşçülərindən kimsə cəzalandırılıbmı? Cavab bəllidir. Nə cəza var, nə də üzrxahlıq. Daha da pisi odur ki, “kadırovçular” özləri qurbanlarını tapır və onları  üzr istəməyə məcbur edirlər”, – deyə media bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*