Kadırovun “münafiq” elan etdiyi prezidentə ultimatumundan 1 ay vaxt keçdi: VİDEObackend

Kadırovun “münafiq” elan etdiyi prezidentə ultimatumundan 1 ay vaxt keçdi - VİDEO

Bir ay əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu münafiq elan edən Çeçenistanının rəhbəri Ramzan Kadırov onu müsəlmanlara zülm etməkdə təqsirləndirmiş, üstəlik, onun başına qiymət qoymuşdu.

KONKRET.az xəbər verir ki, Tükmənistan prezidentini diktator adlandıran Kadırov ona müraciətində delə deyib:

“Mən o şeytana, özünü Arxadağ adlandıran (Qurbanqulu müəllimin təxəllüsüdür, yəni, türkmənlərin dağ kimi arxasında duran şəxs) münafiqə tutub deyirəm, sən diktatorsan, islamın adından danışa bilməzsən. Sənin üçün ölüm hökmü çıxarır və başının qiymətini elan edirəm. Türkmənistanda ədalətli və şəffaf seçkilər təmin etməsən, özünü ölmüş bil. Və yadında saxla, Qurbanqulu, mənim komandanlığım altında 30 min hərbçi var, onlar gəlib səni Türkmənistanda tapacaq və kamera qarşısında dünya müsəlmanlarından üzr istəməyə məcbur edəcəklər. Tfu, sənə!

Xatırladırıq ki, Kadırov Berdiməhəmmədova 2021-ci il martın 10-da müraciət etmişdi. Həmin müraciətdən bir ay keçsə də, nə Qurbanqulu Berdiməhəmmədov nə üzr istəmiş, nə də “Kadırovun uşaqları” Ağcaqum çöllərinə yola düşmüşdür.

Qeyd: “Qurani-Kərim”də insanlar üç qismə – mömin, münafiq və kafir təbəqələrinə bölünür. Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə kafir adlanır. Bəs münafiq kimdir? “Münafiq” sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: “Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir”, “Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*