KONKRET.az ABC7-yə istinadən bildirir ki, atışma Kaliforniyanın Santa Klarita şəhərindəki orta məktəbdə baş verib.
Hadisə yerli vaxtla səhər 8.00-da baş verib.
Şübhəli şəxs hazırda saxlanılmayıb. Məktəblilərə atəş açanın qara paltarda olduğu deyilir.
Şagirdlər təxliyə edilib.
7 nəfərin xəsarət aldığı bildirilir.
Şerif sakinlərə evlərində qalmaları tövsiyə edib.
