Türkiyənin CHP partiyasının sədri Kamal Kılıçdaroğlu həyat yoldaşı Selvi Kılıçdaroğlu ilə birlikdə koronavirus peyvəndinin ilk dozasını vurdurub.
KONKRET.az xəbər verir ki, Kılıçdaroğlu peyvənd olunarkən çəkdirdiyi şəklini tivitter hesabında paylaşıb.
“Növbəmiz gəldi və həyat yoldaşım Selvi xanımla birlikdə ailə həkimimiz tərəfindən koronavirusa qarşı peyvənd olunduq. Bütün vətəndaşlarımıza etibarlı şəkildə peyvənd olunmalarını və bu epidemiyanın bitməsini arzulayıram”,- deyə siyasətçi paylaşımında qeyd edib.

