Gürcüstanda keçirilən Kamandan Oxatma üzrə 29-cu Beynəlxalq Turnirdə ölkəmizi uğurla təmsil edən idmançılarımız Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Vətənə medalla dönüblər.
KONKRET.az xəbər verir ki, Batumidə baş tutan turnirdə oxatanlarımız Fatimə Hüseynli həm qadınlardan ibarət fərdi, həm də qarışıq komanda yarışında, Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışında finala yüksələrək, 2-ci yeri qazanıblar.
Xatırladaq ki, ötən ay Azərbaycanda keçirilən Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatında Məhəmmədəli Əliyev kişilər arasında keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə yiyələnmişdir. Gənc və perspektivli Fatimə Hüseynli isə qadınların mübarizəsində gümüş medal mükafatçısı olmuşdur.